Azərbaycan xüsusi təyinatlıları Tavuşda? — Ermənilər qorxuya düşüb

HƏRBİ 07 may 2024, 10:37
Ermənistan mediasında və sosial şəbəkə seqmentində Azərbaycanın xüsusi təyinatlı qüvvələrinin Tavuşun Kirants kəndində olduğuna dair iddialar yayılıb.

Demokrat.az xəbər verir ki, iddialarda kənd sakinlərinin Azərbaycan xüsusu təyinatlılarını gördükləri qeyd olunur.

Ermənistan Müdafiə Nazirliyi bunu təkzib edib. Bildirib ki, kənd sakinlərinin gördüyü hərbçilər Ermənistan xüsusi təyinatlıları olub.

Qeyd edək ki, Azərbaycan və Ermənistan sərhədinin demarkasiyası nəticəsində Kirants kəndinin bölünəcəyi haqda məlumatlar var. (publika.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top