Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin Müşahidə Şurasının iclası keçirildi — FOTO (YENİLƏNİB)

İQTİSADİYYAT 01 may 2024, 14:39
Daşkənddə Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin Müşahidə Şurasının iclası keçirilib.

Demokrat.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib.

Nazir qeyd edib ki, ölkələr arasında biznes və ticarət əlaqələrinin dayanıqlı inkişafı, özəl sektorun və qarşılıqlı investisiya fəaliyyətinin intensiv təşviqi, birgə layihələrin maliyyələşdirilməsi imkanlarının araşdırılması barədə müzakirələr aparılıb.

Qeyd edək ki, Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin yaradılması haqqında Saziş 18 iyul 2023-cü il tarixində Şuşa şəhərində imzalanıb və ölkə Prezidentinin 14 oktyabr 2023-cü il tarixli nömrəli Sərəncamı ilə təsdiq edilib. Şirkət Özbəkistanda qeydiyyatdan keçib və onun ümumi kapitalı 500 milyon ABŞ dolları təşkil edir.
 

Nazir vurğulayıb ki, Azərbaycanla Özbəkistan arasında hasilat, rəqəmsallaşma, turizm, infrastruktur sahələrində əməkdaşlığın genişləndirilməsinin imkanları müzakirə edilib.

Özbəkistana işgüzar səfər çərçivəsində bu ölkənin Yenidənqurma və İnkişaf Fondunun direktoru Şuxrat Vafayev ilə ölkələrin birgə həyata keçirdiyi layihələrin perspektivləri, Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin fəaliyyəti, sənaye, sahələrində əməkdaşlığın genişləndirilməsi imkanları barədə fikir mübadiləsi aparılıb.
 

***
11:22


İqtisadiyyat naziri Mikayıl Cabbarov Özbəkistanın investisiyalar, sənaye və ticarət naziri Ləziz Kudratov ilə görüşüb.

Demokrat.az xəbər verir ki, o, bu barədə öz “X” hesabında paylaşım edib.

Nazir görüşdə iqtisadi tərəfdaşlığın gündəliyindəki məsələləri nəzərdən keçirdiklərini qeyd edib.
 

***
09:50


“Özbəkistan Respublikasına işgüzar səfərimiz çərçivəsində Azərbaycan - Özbəkistan İnvestisiya Şirkətinin Müşahidə Şurasının iclasında, Daşkənd Beynəlxalq İnvestisiya Forumunda, həmçinin Özbəkistan və Qazaxıstan nazirləri ilə üçtərəfli görüşdə iştirak edəcəyik”.

Demokrat.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov öz “X” hesabında paylaşıb.

Nazir Özbəkistanın bir sıra hökumət nümayəndələri ilə ölkələrimizin ortaq maraqlarına xidmət edən təşəbbüslər və iqtisadi əməkdaşlığımızın inkişafı imkanları ətrafında müzakirələr aparacağını deyib.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top