Bakı və Sumqayıtda ağacların qanunsuz kəsilməsi faktları aşkarlandı

SOSİAL 01 may 2024, 12:22
Bakı və Sumqayıt şəhərləri ərazisində ağacların qanunsuz kəsilməsi faktları aşkar olunub.

Demokrat.az xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat yayıb.

Bildirilib ki, araşdırma zamanı Bakı şəhəri Biləcəri qəsəbəsi Yəhya Hüseynzadə küçəsi “Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus torpaq sahəsində, Sumqayıt şəhəri Sülh küçəsi 76-cı məhəllədə yerləşən şəhər qəbiristanlığının ərazisində ağacların qanunsuz kəsildiyi və təbiətə 57 720 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

Faktlarla bağlı akt tərtib olunub. Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Baş Prokurorluğa göndərilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top