Blinken İsrailin müdafiə naziri ilə Qəzzadakı vəziyyəti müzakirə etdi

DÜNYA 22 apr 2024, 18:56
ABŞ dövlət katibi Antoni Blinken İsrailin müdafiə naziri Yoav Qallant ilə telefon  danışığı aparıb.

Demokrat.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

Bildirilib ki, danışıq zamanı  Qəzzadakı vəziyyət, İsrailin təhlükəsizliyi və israilli məhbusların azad edilməsi müzakirə olunub. 

Həmçinin, fövqəladə atəşkəsin elanı və humanitar yardımların çatdırılması məsələlərinə nəzər yetirilib.

Sonda, Blinken, bölgədə gərginliyin azaldılması üçün tədbirlərin vacibliyinə diqqət çəkib.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top