Dünya Özəl

Blinken İsrailin müdafiə naziri ilə Qəzzadakı vəziyyəti müzakirə etdi

Blinken İsrailin müdafiə naziri ilə Qəzzadakı vəziyyəti müzakirə etdi

ABŞ dövlət katibi Antoni Blinken İsrailin müdafiə naziri Yoav Qallant ilə telefon danışığı aparıb.

Demokrat.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

Bildirilib ki, danışıq zamanı Qəzzadakı vəziyyət, İsrailin təhlükəsizliyi və israilli məhbusların azad edilməsi müzakirə olunub.

Həmçinin, fövqəladə atəşkəsin elanı və humanitar yardımların çatdırılması məsələlərinə nəzər yetirilib.

Sonda, Blinken, bölgədə gərginliyin azaldılması üçün tədbirlərin vacibliyinə diqqət çəkib.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova