Futbolçunun atası oğluna maraqlı pankart açdı — GÖRÜNTÜLƏR

İDMAN 20 apr 2024, 23:24

Bu gün Azərbaycan Premyer Liqasında XXXI turun ikinci oyununda "Neftçi" "Zirə"nin qonağı olub. Qarşılaşma “Zirə”nin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

“Qafqazindo” xəbər verir ki, oyunda azarkeşlər sırasında əyləşən “Zirə”nin 16 nömrəli oyunçusu Fuad Bayramovun atası maraqlı plakatı ilə diqqət çəkib.

Belə ki, futbolçunun atası, - "Oğlum, Fuad, qol vur, atan sevinsin", - yazılı pankart açıb.

Qeyd edək ki, oyunda bir qolu Fuad Bayramov rəqib komandanın qapısından keçirib.

 


SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top