Bakıda taxta bazarında baş verən yanğın məhdudlaşdırıldı — VİDEO (YENİLƏNDİ)

GÜNDƏM 20 apr 2024, 18:50

Bakı şəhərinin Nərimanov rayonunda “Taxta bazarı” adlanan ərazidə baş verən yanğın məhdudlaşdırılıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, Nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Bakı şəhərinin Nərimanov rayonunda “Taxta bazarı” adlanan ərazidə baş verən yanğın məhdudlaşdırılıb.

Hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.


xxx

Bakı şəhərinin Nərimanov rayonunda “Taxta bazarı” adlanan ərazidə yanğınsöndürmə işləri davam etdirilir.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, hazırda ərazidə 15 texnika, 70 canlı qüvvə var.

Yanğının digər ərazilərə yayılmasının qarşısı alınıb, yanğınla mübarizə tədbirləri davam etdirilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top