Bəyan edilməyən avtomobil ehtiyat hissələri aşkarlandı — FOTO

İQTİSADİYYAT 19 apr 2024, 16:16
Bəyan edilməyən avtomobil ehtiyat hissələri aşkarlandı.

Demokrat.az xəbər verir ki, Astara Gömrük İdarəsinin “Lənkəran” gömrük postunda Çin Xalq Respublikasından ölkəmizə gətirilən avtomobil ehtiyat hissələri yükünə gömrük baxışı keçirilib. 7 adda yükə baxış zamanı malların mənşəyi və say tərkibi baxımından bəyannamədə göstərilən məlumatlarla uyğunsuzluqlar aşkar edilib.

Belə ki, malların faktiki sayı bəyannamədə göstəriləndən 1120 ədəd artıq olub, 1868 ədədi isə ümumiyyətlə bəyan edilməyib.



SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
02 may 2024, 16:55
Top