Bank şəbəkə avadanlıqları satın alır — TENDER

MALİYYƏ 25 iyul 2024, 17:10
"AAF BANK” Açıq Səhmdar Cəmiyyəti tender elan edir.

Tenderin adı:  “AFB BANK” ASC tərəfindən şəbəkə avadanlıqlarının satın alınması 

Tenderin elan tarixi:    24.07.2024
Tenderin son tarixi:    15.08.2024
Tenderdə iştirakın (yazılı şəkildə) təsdiq edilməsinin son tarixi:    31.07.2024

Qiymət təkliflərinin göndərilməsinin son tarixi:    15.08.2024

Tenderdə iştirak üçün təqdim ediləcək sənədlər:

•    tenderdə iştirak etmək üçün yazılı müraciət (ərizə)
•    İddiaçının tam adı, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və bank rekvizitləri;
•    İştirakçının Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin olmaması haqqında müvafiq vergi orqanından arayış
•    Tender təklifi 15.09.2024 tarixinə kimi  qüvvədə olmalıdır;

Tender təkliflərinin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:    

•    Optimal qiymət təklifi;
•    Sənədləşmənin tələb olunan qaydada təşkili;
•    Sifarişin vaxtında və düzgün qaydada icrası;
•    Oxşar layihələrdəki iştirakı haqqında məlumat;
•    Şirkətin təqdim edilən vendor üzrə avadanlığın Azərbaycanda qurulması təcrübəsi olmalıdır;
•    Şirkətin təklif olunan avadanlığ üzrə sertifikasiyadan keçmiş əməkdaşı olmalıdır.
•    Avadanlıqlar, onları istehsal edən şirkətin sənədləri ilə birlikdə təqdim olunmalıdır.
 
Tenderdə iştirak etmək istəyən şirkətlər iştirak ərizəsini tələb edilən sənədlərlə birlikdə 31.07.2024 tarixinə kimi poçt vasitəsilə (Bakı şəh.,Yasamal r-nu, N.Nərimanov pr.206/466) ünvanına      İlkanə Mütəllimova adına göndərməlidir. 

Tenderdə iştirakı təsdiq edilən şirkətlərə ikinci mərhələdə əsas şərtlər toplusu və texniki tələblər göndəriləcəkdir. Yaranacaq suallarla bağlı e-mail vasitəsilə (ilkana.mutallimova@afb.az) müraciət edə və yaxud İlkanə Mütəllimova (050 290 58 84)  ilə əlaqə saxlaya bilərsiniz.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
07 sentyabr 2024, 22:54
Top