Yunanıstanda işçilər aksiyalara başlayıblar

DÜNYA 17 apr 2024, 21:30
Yunan Həmkarlar İttifaqları Konfederasiyasının (GSEE) çağırışı ilə ölkə daxilində işçilər iqtisadi şəraitin yaxşılaşdırılması tələbi ilə 24 saatlıq tətilə başlayıblar.

Demokrat.az
xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

Bildirilib ki, aksiya iştirakçıları artan yaşayış standarlarına diqqət çəkib.

Həmçinin, işçilərin maaşlarının artırılmasını və iqtisadi böhran zamanı ləğv edilən kollektiv müqavilələrin yenilənməsini tələb edib. 

24 saatlıq tətil çərçivəsində metro, tramvay və şəhərətrafı qatar kimi ictimai nəqliyyat vasitələri xidmət göstərməyib. 

Həmçinin, dəniz nəqliyyatı da kəsilib. 

Avtobuslar yalnız müəyyən saatlarda işləməyə qərar verib. 

Sonda işçilər Parlament binasına doğru yürüş ediblər.


Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top