39 yaşlı azərbaycanlı müğənninin toyudur: “Nişanlımla “TikTok”da oyun oynayaraq tanış oldum” — VİDEO

ŞOU-BİZNES 15 apr 2024, 22:10

“7-17” mahnı müsabiqəsi ilə ölkədə məşhurlaşan müğənni Xəyalə Manaflı nişanlanıb. 

Bu barədə sənətçi ATV-nin efirində yayımlanan “Günaylı gün” verilişində deyib.Bu

39 yaşlı sənətçi bildirib ki, nişanlısı Nurlan Rzayev ilə iki gündən sonra toyudur.

Müğənni qeyd edib ki, Nurlanla “TikTok” video platformasında tanış olublar: 

“Dostlarımın təkidi ilə “TikTok” platformasına girməyə, oradakı insanların istəyi ilə canlı yayım açmağa başladım. Günlərin bir günü gördüm ki, mənə şəkli, adı, soyadı olan bir insandan (nişanlısı Nurlanı nəzərdə tutur - red.) oyun oynamaq üçün təklif gəldi, mən də o təklifi qəbul etdim. Canlı yayım zamanı oyun oynadıq, normal ünsiyyətimiz alındı. Oyun oynamadan sadəcə ünsiyyət qururduq. Təklif isə Nurlandan gəldi. Ona söylədim ki, məni əsla bu mövzuda tələsdirmə. Qərarım bir az gec ola bilər. Nurlan özü də dedi ki, ona iki il lazımdır ki, buna adaptasiya olsun. Onun üçün şokdur, müğənni Xəyalə Manaflı ilə evlənmək, “götür-qoy” məsələləri... “Giləvar” adında bir mahnı yarandı... Şüvəlan dənizi sahilində Nurlan mənə evlilik təklifini etdi və bu mahnı yarandı. Nurlan bərbərdir”. 

Xəyalənin nişanlısı Nurlan bu münasibətin alınacağına çox çətinliklə inandığını söyləyib: 

“Ümumiyyətlə, mən hər zaman əlçatmaz olana qaçmışam. Varlanaraq əlin onlara çata bilər... Sadə bir insanın Xəyalə Manaflıya əlinin çatmağı müşkül məsələ idi. Çətin oldu, amma oldu”. 

 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
24 may 2024, 11:07
Top