ABŞ-dən “Samsung”a 6,4 milyard dollar DƏSTƏK

DÜNYA 15 apr 2024, 21:10
ABŞ administrasiyası Cənubi Koreyanın “Samsung”elektronika şirkətinə çip istehsalı investisiyası üçün 6,4 milyard dollara qədər birbaşa maliyyə verəcək.

Demokrat.az
xəbər verir ki, bu barədə ABŞ prezidenti Co Bayden yazılı açıqlama verib.

Prezient açıqlamasında, ölkənin yarımkeçirici istehsalında liderliyini bərpa etmək üçün “CHIPS” və Elm Aktını imzaladığını xatırladıb:

““Samsung” ilə ABŞ Ticarət Nazirliyi arasında şirkətin qabaqcıl yarımkeçirici istehsalını Texasa gətirmək üçün ilkin razılaşma əldə edilib. 

Bu çərçivədə “Samsung” Texasa 40 milyard dollardan çox sərmayə ilə gələcək və ən az 21.500 iş yerinin yarımkeçirici rolu güclənəcək. Sözügedən məbləğ dünyanın ən güclü çiplərinin istehsalını dəstəkləyəcək və ABŞ-nin milli təhlükəsizliyini gücləndirəcək”.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top