İraqın şimalında 16 terrorçu zərərsizləşdirilib

DÜNYA 15 apr 2024, 19:30
İraqın şimalında 16 PKK terrorçusu Türkiyə ordusu tərəfindən zərərsizləşdirilib.

Demokrat.az
xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Türk Silahlı Qüvvələri terrorla mübarizə tədbirlərini davam etdirir:

“Həm ölkə daxilində, həm də sərhəddən kənarda terrorla mübarizə əməliyyatları keçirilir. 

Son hava əməliyyatlarımız İraqın şimalındakı Hakurk və Asos bölgələrində keçirilib. 12-si Hakurkda, 4-ü Asosda olmaqla ümumilikdə 16 terrorçu hava əməliyyatları ilə zərərsizləşdirilib”.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top