İrəvan Bakı ilə sülh imzalamağa hazır olduğunu bəyan edib

REGİON 15 apr 2024, 16:46
Ermənistan Azərbaycanla iki ölkə arasında artıq razılaşdırılmış üç prinsip əsasında sülh sazişi imzalamağa hazırdır.

Bunu Ermənistanın baş naziri Nikol Paşinyan Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə danışıqların yekunu üzrə deyib.

Siyasətçi aydınlaşdırıb ki, söhbət 1991-ci il Almatı Bəyannaməsinin müddəaları əsasında ərazi bütövlüyünün qarşılıqlı tanınmasından və respublikalar arasında delimitasiyanın həyata keçirilməsindən, eləcə də dövlətlərin suverenlik və yurisdiksiyaya hörmət prinsipləri, qarşılıqlılıq və bərabərlik əsasında regional infrastrukturların blokdan çıxarılmasından gedir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top