“Veysəloğlu” yerli istehsalçılardan 1.45 milyard dəyərində məhsul alıb

İQTİSADİYYAT 15 apr 2024, 13:09
2023-cü ildə Veysəloğlu Şirkətlər Qrupu yerli istehsalçılardan 1.45 milyard AZN dəyərində alış həyata keçirib. 

Bu məbləğin 57 milyon manatını fermerlərdən birbaşa alış təşkil edir. Ötən il Şirkətlər Qrupu 113 fermerdən 53 min ton kənd təsərrüfatı məhsulu satın alıb.

Bundan başqa, qrupa daxil olan “Araz” supermarketlər və “Oba” marketlər şəbəkələri və “Veysəloğlu Distribusiya” şirkəti yerli istehsalçılara 72 şəxsi marka adı altında məhsul istehsal etdirərək, 160 milyon manatlıq satınalma həyata keçirib. Bununla da yerli istehsalçıların inkişafını dəstəkləməyi hədəfləyir.

Qeyd edək ki, Veysəloğlu Şirkətlər Qrupu “Araz” supermarketlər və “Oba” marketlər şəbəkələrini, “Veysəloğlu Distribusiya”, “Vesta-Horeka” distribusiya şirkətlərini, “Ulduz” şokolad fabrikini, “Xonça” istehsal fabrikini, “Entree Azərbaycan” və “Rossmann Azərbaycan”ı özündə birləşdirir.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top