Azərbaycan COP29-da digər dövlətlərə örnək ola bilər

COP29 15 apr 2024, 12:50
Azərbaycan neft-qaz istehsal edən ölkə kimi COP29-da digər dövlətlərə örnək ola bilər.

Bunu "Report"un sualına cavab olaraq ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən olunmuş Prezidenti Muxtar Babayev COP29-un baş qərargahında keçirilən ilk mətbuat konfransında deyib.

Nazir Azərbaycanın neft-qaz istehsal edən ölkə olması, bunun isə COP prinsiplərinə zidd olduğu ilə bağlı xarici mediada müşahidə edilən tənqidlərə münasibət bildirib:

"Azərbaycanın neft-qaz ölkəsi olaraq böyük tarixi var. Bu, təkcə Azərbaycan üçün yox, region ölkələri üçün də örnək ola bilər. Azərbaycanda qəbul olunan proqramları, həm də 2030-cü ilədək hədəflədiyimiz 30%-dək alternativ enerji mənbələrinin yaradılması, geniş artım strategiyasının qəbul olunmasını digər ölkələrlə bölüşəcəyik. Bu baxımdan COP29 bizim üçün fürsətdir".

Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) bu il noyabrın 21-25-də Bakı Olimpiya Stadionunda keçiriləcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top