COP29-la bağlı yeni vebsayt istifadəyə veriləcək

COP29 15 apr 2024, 12:04
 “COP tədbirlərinə qatılan və müxtəlif ölkələrdən olan qonaqların sayı ilbəil artır".

Demokrat.az xəbər verir ki, bunu 2024-cü ilin noyabr ayında Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası ilə bağlı COP29-un Baş qərargahında təşkil olunan ilk mətbuat konfransında COP29 Əməliyyat Şirkətinin İdarə Heyətinin sədri və Əməliyyatlar üzrə baş icraçı Nərmin Carçalova deyib. 

O bildirib ki, hələki qonaqların sayı dəqiq deyil:

"Qonaqların yerləşdirilməsi vahid beynəlxalq platforma əsasında həyata keçiriləcək. Yaxın zamanda COP29-la bağlı yeni vebsayt da istifadəyə veriləcək. Turizmimiz qonaqların yüksək səviyyədə qarşılanması və yerləşdirilməsi üçün dayanmadan işləyir. Düşünürəm ki, bütün digər sahələr kimi turizm də bu işin öhdəsindən gələcək".

Törə Zeynallı
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top