Xalq artisti Mələkxanım Eyubovanın qızı Nəzrin ailə qurur.
Demokrat.az Axşam.az-a istinadən xəbər verir ki, bu gün Nəzrinin müğənni Mərdan Kazımovla nikahıdır. Məclis şəhərdə, açıq məkanda təşkil olunub.
Qeyd edək ki, toy aprelin 22-də şəhər restoranlarından birində olacaq. Məclis mediaya qapalı keçiriləcək.
Nəzrin və Mərdanın nişanı ötən ilin oktyabrında olub.