Bitkoinin qiyməti 2 %-ə yaxın artıb

MALİYYƏ 11 apr 2024, 10:35
Dünyanın aparıcı kriptovalyutası - bitkoinin qiyməti 71 min ABŞ dollarına yaxınlaşır.

“Report” xəbər verir ki, kriptovalyuta son 24 saat ərzində 1,94 % bahalaşaraq 70,65 min ABŞ dollarına satılıb. Nəticədə onun kapitallaşması 1 trilyon 391 milyard ABŞ dolları həddində qərarlaşıb.

Bazar kapitallaşmasına görə 2-ci pillədə qərarlaşan “Ethereum”un qiyməti isə son bir sutkada 1,12 % artaraq 3,57 min ABŞ dolları olub. İlk onluqda qərarlaşan altkoinlərdən ən çox dəyər qazanan “Toncoin”dir.

Kriptovalyuta bazarının toplam dəyəri 2,63 trilyon ABŞ dollarına çatıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top