Şuşada bayram namazı qılındı — VİDEO

QARABAĞ 10 apr 2024, 14:10

Ramazan ayının bitməsi münasibətilə Şuşa şəhərində yerləşən Yuxarı Gövhər ağa məscidində bayram namazı qılınıb.

Bu barədə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi məlumat yayıb.

Qeyd edək ki, ermənilər tərəfindən dağıntılara məruz qalan məscid Şuşanın işğaldan azad olunmasından sonra bərpa olunub və burada bayram namazları qılınır.

“İctimai” TV-nin Şuşada bayram namazından lentə aldığı görüntüləri təqdim edirik:
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top