İrəvanda etiraz aksiyası keçirilir

REGİON 08 apr 2024, 14:21
Nazir Ararat Mirzoyanın Avropa Şurasının baş katibi Mariya Peyçinoviç-Buriçlə görüşdüyü Xarici İşlər Nazirliyinin binasına toplaşan yüzlərlə Ermənistan vətəndaşı müxalif siyasətçilərin həbsdən azad edilməsini tələb edib.

Demokrat.az xəbər verir ki, aksiya yerli xəbər portalları tərəfindən canlı yayımlanıb.

Etirazçılar “Biz siyasi məhbusların azad edilməsini tələb edirik. Ermənistanda siyasi məhbuslar var” şüarı səsləndiriblər.

O cümlədən, toplaşanlar keçmiş təhsil naziri, “Respublika” Partiyasının sədr müavini Armen Aşotyanın, “Veto” hərəkatının lideri Narek Malyanın, Vanadzor şəhərinin meri Mamikon Aslanyanın, “İmnemnim” verilişinin aparıcıları Narek Samsonyan və Vazgen Saqatelyanın azad edilməsini tələb ediblər.

Etirazçıların sözlərinə görə, onların hamısı qondarma cinayət işləri çərçivəsində və hazırkı hökumətin, şəxsən Baş nazir Nikol Paşinyanın göstərişi ilə həbsdədirlər.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top