Azərbaycan ilə Konqo arasında əlaqələrdə tarixi anlar yaşayırıq

XARİCİ SİYASƏT 04 apr 2024, 15:58
Biz Azərbaycan ilə Konqo arasında əlaqələrdə tarixi anlar yaşayırıq.

Demokrat.az xəbər verir ki, bu sözləri Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso Prezident İlham Əliyev ilə mətbuata bəyanatında deyib.

Bu səfərin Konqo ilə Azərbaycan arasında bütün sahələrdə gözəl əməkdaşlıq səhifəsini yaratmağa imkan verdiyini bildirən Deni Sassu-Nqesso Qoşulmama Hərəkatındakı sədrliyi zamanı Prezidentin liderliyini alqışladıqlarını söyləyib.

“Həmçinin biz Azərbaycanın bu yaxınlarda digər ağır mübarizə sahəsində - iqlim dəyişiklikləri sahəsində oynayacağı rolu alqışlayırıq, çünki Azərbaycan COP29-a ev sahibliyi edəcək”, - deyə o əlavə edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top