Havaların qeyri-sabit keçməsi insanlara müxtəlif cür təsir edir. Bu cür havalarda xəstəliklərin də yayılma riski böyükdür. Belə ki hava insanların səhhəti ilə yanaşı psixologiyasına da təsir edir. Bu kimi vəziyyətlərdə insanlar nələr etməlidirlər ki, ruh düşkünlüyü yaşamasınlar?
Mövzu ilə bağlı psixoloq Gülnar Orucova Demokrat.az-a açıqlama verib.
O qeyd edib ki, yaz fəslinə qanın qaynayan vaxtı desək də, bəzi insanlar üçün bu belə deyil:

“Yazın gəlişi bəzi insanlarda depressiyaya səbəb olur. Günəş enerjisindən xoşbəxt olan insanlar olduğu qədər olamayanlar da var. Çünki günəşin şüalarında serotonin xoşbəxtlik hormonu var. Bəzi insanlar yağış yağanda daha qəmgin, özünə qapalı olurlar. Lakin bəzi insanlar gözəl günəşli günlərdə də belə olurlar. Ümumiyyətlə, yazın gəlişi, günəş enerjisi beyində qıcıqlanma yaradır. Fikir versəniz allergiyallar daha çox yazda həssas olurlar. Eləcə də əvvəllər saatın çəkilməsinə, havanın qeyri-sabitliyinə sanki bədən buna reaksiya verir. Bu da bəzi insanlar üçün həssas dönəmə çevrilir”.
Psixoloq diqqətə çatdırıb ki, bədəndə vitamin minerallarının qışdan-yaza keçdiyi dövrdə az olması psixologiyaya da təsir edir:
“Belə ki bu hallarda daha depressiv olurlar. Buna qalib gəlmək üçün də açıq hava çox gəzmək lazımdır. Şən musiqi dinləmək mütləqdir. Evdə günəşi xatırladan dekorlar qoyulmaldır. Habelə günəşi xatırladan meyvələrin evdə daha çox olması insana xoş aura bəxş edir. Düşüncələrdə də yenilik etmək lazımdır. Aktiv həyat tərzinə keçmək isə mütləqdir”.
Törə Zeynallı
Demokrat.az