Güclü külək axşama doğru zəifləyəcək — PROQNOZ

SOSİAL 04 apr 2024, 09:37
Əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində güclü şimal-qərb küləyi əsir”.

Demokrat.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova ölkə ərazisində müşahidə olunan güclü küləklə bağlı məlumat verib.

“Hazırda küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 35 m/s, Naftalanda 28 m/s, Goranboyda 27 m/s, Tərtərdə 22 m/s, Şəmkir, Gəncədə 20 m/s, Mingəçevir, Quba, Ağdam, Bərdədə 18 m/s-yə çatır” – o deyib.

G.Məmmədova küləyin axşama doğru zəifləyəcəyini bildirib.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top