Volvo Trucks” və “SARDA Group” niyyət məktubu imzaladı — FOTOLAR

SOSİAL 02 apr 2024, 23:42
Fevralın 16-da Bakıda “Volvo Trucks” və “SARDA Group” arasında niyyət məktubunun imzalama mərasimi baş tutdu. “Volvo Trucks”ın baş vitse-prezidenti cənab Robert Qrozdanovski və “SARDA Group”un baş direktoru cənab Rauf Xəlilov tərəfindən imzalanan bu sənəd səmərəli tərəfdaşlığın başlanğıcını qeyd etdi. “Volvo Trucks” ölkəmizdə öz diler fəaliyyətini may ayının 1-dən, Qaradağ rayonu, Bakı Dairəvi Yol 1063 ünvanında, yekunlaşmaq üzrə olan yeni salonda başlaması gözlənilir.

18 ildən artıqdır ki, Qafqaz regionunda dünyanın aparıcı avtomobil markalarını təmsil edən “SARDA Group” bu sahədə yüksək etibar qazanmışdır. “Volvo Trucks” brendi “Lexus”, “Toyota” və “Peugeot” kimi markaları ilə yanaşı qrupun avto portfelinə əlavə olacaqdır.

“Volvo Trucks” Azərbaycanda tərəfdaşı olan “SARDA Group”/”Currus” vasitəsilə təmsil olunacaq və qlobal “Volvo” standartlarına uyğun olaraq biznes sahibkarları və sürücülərə yüksək səviyyəli məhsul və xidmət keyfiyyətini nümayiş etdirəcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top