"Aldadılmışam, yaxınlarımdan xəyanət görmüşəm"

ŞOU-BİZNES 01 apr 2024, 21:28

"İlhamə Quıiyeva sağ olanda qalmaqallar daha çox olurdu. O, öz ətrafına adamlar toplayırdı. Orada müəyyən müğənnilər yer alırdı. Deyirdi ki, sən çıxıb filankəsə onu deyəcəksən, bunu deyəcəksən. Onunla sərhəd saxlamışam. Heç kimin ixtiyarı yox idi mənə nəsə desin".

Axşam.az xəbər verir ki, bu sözləri müğənni Ayan Babakişiyeva "Xəbərin var?" proqramında deyib. Sənətçi mərhum Xalq artisti İlhamə Quliyevadan danışıb.

Sevgidən danışan ifaçı xanımlara məsləhət verib:

"Küsüb-barışmaq hamıda olur. O, yox, mən küsürəm, hava atıram. Mən söz demirəm, hərəkətlə göstərirəm. Sevginin müddəti var. Görəndə ki, qarşındakı insan sənə eşqlə baxmır, yanından müəyyən müddətlik uzaqlaş. Həmən get, səni itirmək qorxusu yaşasın. Sevən insanlar bunu etməlidir. Ailə quranda çalışın evdə yata otağı çox olsun. Həftənin bir-iki günü ayrı yatın. Hər gün bir yerdə olanda hər şey bitir. Bir otaq varsa, getsin anası gilə".

Yaxınlarından söz açan Ayan yaşadığı xəyanətdən bəhs edib:

"Bəzən etmədiyimi insanlara etmişəm kimi göstərirlər. Onda çox əsəbiləşirəm. Məni tanıya-tanıya bunu edirlər. Deyirəm, axı məni tanıyırsan, necə bunu yaraşdırırsan? Bilirsən ki, kiməm. Sənə yaxşılıqdan başqa nəsə etməmişəm. Yaxşılıq da edə bilməyəndə hamıdan uzaqlaşıram, danışmıram, bir insana məsləhət də vermirəm. Deyərsən, öz başına çarə qıl. Kimsə desə ki, sənin buna köməyin dəyə bilər, əlimdən gəlirsə, gecə 3-də olsa gedirəm. Amma mənim etmədiyim hərəkətləri boynuma şər-böhtanla qoyanda çox təsir edir. Yaşamışam. Heç bir qarşılıq verməmişəm. Sadəcə uzaqlaşıram. Sənət dostlarımla heç nə ola bilməz. Səhv başa düşməsinlər. Həmkarlarımla yaxın deyiləm. Onları yaxın buraxmaram. Desəm ki, aldadılmamışam, xəyanət görməmişəm, yalan olar. Elə gözəl xəyanətlər görmüşəm ki... Bu gün də yaxınlarımdan xəyanətlər görürəm. Baxıram, deyirəm, günahım nə idi? Ancaq yaxşılıq etmişəm".

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top