Professor İlham Rəhimov yeni mükafat aldı — FOTO

SOSİAL 01 apr 2024, 17:34
Azərbaycanın Əməkdar hüquqşünası, Rusiya Elmlər Akademiyasının akademiki, hüquq elmləri doktoru, professor İlham Rəhimov Rusiya Elmlər Akademiyasının 300 illiyinə həsr olunmuş yubiley mükafatına layiq görülüb.

Demokrat.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının prezidenti akademik Q.Y.Krasnikov müvafiq sərəncam imzalayıb.



Qeyd edək ki, sözügedən mükafatı professor İlham Rəhimova Bakıdakı ofisində Rusiya Elmlər Akademiyasının vitse-prezidenti, akademik, Rusiya Hökuməti yanında Qanunvericilik və Müqayisəli Hüquq İnstitutunun direktoru, Rusiyanın Əməkdar hüquqşünası Taliya Yarullovna Xabriyeva təqdim edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top