Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var

HADİSƏ 01 apr 2024, 00:30
Gəncə şəhərində iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb bürosunun məlumatına görə, şəhər ərazisində iki avtomobilin toqquşması nəticəsində 1988-ci il təvəllüdlü A.Məmmədov və 1995-ci il təvəllüdlü V.Vəlixanova xəsarət alıb.

Zərərçəkənlər xəstəxanaya çatdırılıblar, vəziyyətləri kafi qiymətləndirilir.

Qeyd edək ki, nəqliyyat vasitələrindən biri taksi olub.

Faktla bağlı araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top