Xocalıda qalıqları aşkarlanan 7 nəfərlə vida mərasimi keçirilib

DAXİLİ SİYASƏT 31 mar 2024, 09:15
Xocalı şəhərinin mərkəzində (keçmiş Xalça fabrikinin yaxınlığında) aparılan qazıntı işləri zamanı kütləvi məzarlıqda qalıqları aşkarlanan və şəxsiyyətləri dəqiqləşdirilmiş 7 nəfərlə vida mərasimi keçirilib.

“Report”un Bərdəyə ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, mərasim Bərdə rayonundakı məcburi köçkünlər üçün salınmış şəhərcikdə baş tutub.

Vida mərasimində Xocalı soyqırımı qurbanlarının yaxınları, dövlət qurumlarının əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Daha sonra kütləvi məzarlıqda qalıqları aşkarlanan və şəxsiyyətləri dəqiqləşdirilmiş 7 nəfər Xocalı şəhərində salınmış Şəhidlər xiyabanında dəfn ediləcək.

Dəfn olunacaq şəxslər aşağıdakılardır:

1. Əliyev Ağaəli Naib oğlu - 01.06.1933-cü il;

2. Əliyeva Sürəyya Behbud qızı – 01.06.1933-cü il;

3. Səlimov Xəzər Səyavuş oğlu – 01.09.1974-cü il;

4. Səlimova Tamilla Ağamirzə qızı – 01.06.1935;

5. Cavadov Əli Müsül oğlu - 15.06.1954-cü il;

6. İsmayılov İsmayıl Bəhman oğlu – 01.08.1955-ci il;

7. Nəcəfov Şiraslan Qəmiş oğlu - 1952-ci il təvəllüdlü.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top