Xaçmazda həmyerlisini qətlə yetirən şəxsin məhkəməsi başlayır

KRİMİNAL 29 mar 2024, 15:23
Xaçmaz rayonunda həmyerlisini qətlə yetirməkdə ittiham olunan 1969-cu il təvəllüdlü Oruc Nəsrullayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, cinayət işi baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş araşdırılması üçün hakim Elçin Məmmədovun icraatına verilib. 

Məhkəmənin hazırlıq iclası aprelin 15-nə təyin edilib. 

İttihama görə, ötən il noyabrın 2-də 1987-ci il təvəllüdlü Samir Alxasovun qəsdən öldürülməsi barədə Xaçmaz rayon prokurorluğuna məlumat daxil olub. 

Keçirilən kompleks istintaq-əməliyyat tədbirləri nəticəsində 1969-cu il təvəllüdlü Oruc Nəsrullayevin noyabrın 1-də saat 17 radələrində Xaçmaz rayonu, Xudat şəhəri ərazisində, avtomobil yolunun kənarında aralarında yaranmış mübahisə zamanı tanışı Samir Alxasovu bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Oruc Nəsrullayevin barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə ittiham elan edilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top