“Crocus City Hall” qurbanlarını Müslüm Maqomayevin mahnıları ilə andılar — VİDEO

DÜNYA 28 mar 2024, 12:20
Rusiyalı sənətçilər dünyaşöhrətli azərbaycanlı müğənni Müslüm Maqomayevin şərəfinə adlandırılmış “Crocus City Hall”da martın 22-də baş vermiş terror hadisəsinin qurbanlarını yad ediblər.

Bu məqsədlə rusiyalı incəsənət xadimləri SSRİ Xalq artisti Müslüm Maqomayevin mahnılarını ifa ediblər.

Albom “VK Music” studiyası tərəfindən hazırlanıb. Albom “Səsimi eşit” adlanır. Bura M.Maqomayevin rusiyalı bəstəkarlar tərəfindən yazılmış 12 mahnısı daxil edilib. 

Mahnıların yayımlanmasından və dinlənməsindən əldə edilən bütün vəsait “Crocus City Hall”da terrordan zərər görmüş şəxslərə bağışlanacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top