Varşavada taksi sürücüləri şəhərin mərkəzini bağlamağa çalışırlar

DÜNYA 27 mar 2024, 20:25

Polşanın paytaxtı Varşavada taksi sürücüləri aşağı tariflərə etiraz olaraq şəhərin mərkəzini bağlamağa çalışırlar.

Bu barədə xarici KİV məlumat yayıb.

Etiraz edən taksi sürücüləri kilometrə görə maksimum tariflərin artırılmasını tələb edir.

"Yanacağın, avtomobillərin və ehtiyat hissələrinin qiymətləri durmadan artır və 22 il ərzində adi tarif bir kilometr üçün üç zlotı (təxminən 0,75 dollar) olaraq qalır", - etirazçılardan biri bildirib.(report)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top