Avstraliyada nəhəng timsahlar ələ keçirildi — VİDEO

MARAQLI 27 mar 2024, 17:35
Avstraliyanın şimal-şərqində bir aylıq axtarışlardan sonra uzunluğu 3 və 4 metr olan iki timsah ələ keçirilib. 

Demokrat.az
“skynews”a istinadən xəbər verir ki, bu barədə Kvinslend əyaləti Ətraf Mühit Departamenti tərəfindən açıqlama verilib. 

Bildirilib ki, uzunluğu 4 metrdən çox olan timsah yaşayış məntəqələrinin və evlərin yaxınlığında görüldüyü üçün təhlükəli hesab edilib. 

Axtarış qrupu timsahı Herbert çayının sahilində tora salıb.

Təxminən 3 metr uzunluğunda olduğu güman edilən ikinci timsah da insanlara təhlükə yaratdığı üçün Taunsvildəki Ross çayında tələyə düşüb. 

Səlahiyyətlilər hər iki canlının timsah fermalarına və ya zooparklara yerləşdiriləcəyini bildirib.

Vəhşi təbiət üzrə baş mütəxəssis Toni Frisbi hesab edir ki, timsahları məhv etmək olmaz. Onları yaşayış məntəqlərinin yaxınlığından uzaqlaşdırmaq daha məqsədəuyğundur. 




Törə Zeynallı
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top