Tanınmış siyasətçini öldürənlər edam edildi

DÜNYA 27 mar 2024, 16:30
Tunisli siyasətçinin qətlində əli olan şəxslər edam edilib. 

Demokrat.az
ərəb mediasına istinadən xəbər verir ki, Tunis məhkəməsi 11 il əvvəl sui-qəsd nəticəsində öldürülən tanınmış siyasətçi Şükrü Belaidinin qətlində iştirak edən 4 nəfəri ölümə, 2 nəfəri isə ömürlük həbs cəzasına məhkum edib. 

Məhkəmə binasının qarşısında toplaşan yüzlərlə Belaid tərəfdarı ədalət tələbi ilə “Şükrü həmişə diridir”, “Şəhidlərin qanına sadiqdir” şüarları səsləndirib.  

Tunisin “Al Nahda” islami-siyasi hərəkatının qatı tənqidçisi olan solçu siyasətçi Belaid partiyanı ekstremistlərin dünyəvilərə qarşı törətdiyi zorakılıqlara göz yummaqda ittiham edirdi. 

Hərəkata qarşı çıxışlarına və özünə xeyli sayda tərəfdar topladığına görə Belaid 2013-cü il fevralın 6-da avtomobilində silahlı şəxslər tərəfindən güllələnib. Ailəsi və tərəfdarları onun ölümündə “Al Nahda”nın əli olduğunu iddia etsələr də hərəkat məsuliyyəti öz üzərinə götürməyib. 

Belaidin öldürülməsindən aylar sonra digər solçu fəal Məhəmməd Brahmi də evinin qarşısında silahlı şəxslər tərəfindən güllələnib. 

Sonradan kütləvi etirazlar və güclü siyasi təzyiqlər o zaman islamçıların rəhbərlik etdiyi hökuməti istefaya getməyə məcbur edib. 


Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top