Qəhvə içmək bağırsaq xərçənginə yoluxma riskini azaldır — ARAŞDIRMA

MARAQLI 27 mar 2024, 13:29
Yeni araşdırmaya görə, qəhvə içənlərin bağırsaqlarında xərçəng şişlərinin təkrarlanma riski daha azdır.

Demokrat.az
xəbər verir ki, sözügedən araşdırma Hollandiyada həyata keçirilib.

Belə ki, 1719 nəfər arasında aparılan müşahidə araşdırması, gündə ən azı iki fincan qəhvə qəbul edən xəstələrin gələcəkdə təkrar xərçəng olma ehtimalının daha az olduğunu müəyyən edib. 

Araşdırmanın ağır xərçəng xəstələri istisna olmaqla, bütün xəstələr üçün doğru olduğu öyrənilib. 

Araşdırmalara görə, hazırda dünyada bağırsaq xərçəngi xəstələrinin 30 faizində müalicədən sonra təkrar xəstəlik yaranır. 

Ancaq qəhvə bəzi xərçəng xəstələrinin həyatını dəyişdirən dərman kimi tanına bilər. 

Tədqiqatın nəticələrinə görə, gündə iki fincandan az qəhvə içən insanlarla müqayisədə, gündə ən azı beş fincan qəhvə içən insanlarda xəstəliyin təkrarlanma ehtimalı 32 faiz daha azdır.


Aysu
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top