
Sumqayıtda zəncirvari qəza baş verib.
Demokrat.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Sahil küçəsində qeydə alınıb.
Hərəkətdə olan "Toyota Prius" markalı avtomobil idarəetmədən çıxaraq digər iki avtomobilə çırpılıb. Qəza zamanı 1996-cı il təvəllüdlü Pərviz Şükürov və 1998-ci il təvəllüdlü Fəxrəddin Sayadlı xəsarət alıblar. Yaralılar dərhal Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıblar.
Fakt araşdırılır.