Çin və Rusiya ABŞ-nin Qəzza ilə bağlı qətnaməsinə veto qoyub

DÜNYA 22 mar 2024, 19:45
Çin və Rusiya BMT Təhlükəsizlik Şurasında veto hüququndan istifadə edərək ABŞ-nin irəli sürdüyü “dərhal və davamlı atəşkəsə təcili ehtiyacı müəyyən edən”, lakin bunu tələb və ya çağırış etməyən Yaxın Şərq üzrə qətnamə layihəsini bloklayıb.

“Report”un TASS-a istinadən verdiyi xəbərə görə, Rusiya və Çindən başqa, Əlcəzair sənədə qarşı çıxıb, Qayana bitərəf qalıb.

Böyük Britaniya, Malta, Mozambik, Koreya Respublikası, Sloveniya, ABŞ, Syerra-Leone, Fransa, İsveçrə, Ekvador və Yaponiya qətnamə layihəsinin lehinə olublar.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top