Şəkidə 13 yaşlı məktəbli vəfat edib

HADİSƏ 18 mar 2024, 23:15

Şəkidə 13 yaşlı yeniyetmə xəstəxanada qanaxmadan vəfat edib.

APA-nın məlumatına görə, bu gün axşam saat 18 radələrində 2011 təvəllüdlü Şəki şəhər sakini Tunar Asim oğlu Məmmədov Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) daxil olub.

Həkimlərin səyinə baxmayaraq T. Məmmədov xəstəxanaya daxil oduqdan bir müddət sonra saat 19:20-də burun və ağızdan nəməlum səbəbdən qanaxmadan dünyasını dəyişib.

Yeniyetmənin son iki gün ərzində bədən temperaturunun yuxarı olduğu bildirilib.

Faktla bağlı araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top