“Bunu demək birbaşa şeytana dəstək verməkdir” — İlahiyyatçı

GÜNDƏM 18 mar 2024, 20:23
“Tənqidləri bir kənara qoymaq lazımdır. Kimin hansı niyyətlə oruc tutmağı, namaz qılmağı yalnız Allaha məlumdur. İnsanın kiminsə haqqında fikir yürütməsi, niyyətini sorğulaması, bu müqəddəs ayda əməllərini qiymətləndirməsi doğru deyil”.

Bunu Demokrat.az-a açıqlamasında ilahiyyatçı Ağa Hacıbəyli deyib. O, zərərli vərdişlərə aludə olan insanların Ramazan ayında oruc tutmasına tənqidi yanaşılmasına münasibət bildirib: 

“Hər kəsin həyatda bir nöqsanı, çatışmazlığı var, kimi içki içməklə məşğuldur, kimi qeybət etməklə, kimisi də simiclik xəstəliyinə tutulub. Bir söz var – qüsuruna bax, qüsura baxma. Bəlkə həmin adam içki içib, indi də isə Allahdan islah olunmasını istəyir. Hər Ramazan ayında bir insan içkini, narkotiki və ya hansısa digər bir pis vərdişini tərgidib Allahın yoluna gələcəksə, bəlkə də xilas olunacaq, pis əməllərdən çəkinəcək. Ona görə də deyə bilmərik ki, Allah kimi islah edəcək, kimi yox. Bunu demək birbaşa şeytana dəstək verməkdir. 

Peyğəmbərimizin dövründə də onun yanında olan insanlar əvvəllər cahiliyyə dövrünün qanunları ilə yaşayırdılar, əksəriyyəti batil inanclar içərisində idi. Amma İslamın təsiri ilə həmin insanlar haqq yoluna gəldilər”.

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top