“Rusiya nüvə silahından istifadə edə bilər” — Politoloq

GÜNDƏM 18 mar 2024, 19:21
Rusiya prezidenti Vladimir Putin seçki qərargahında deyib ki, gələcəkdə Rusiya ilə NATO arasında genişmiqyaslı münaqişə istisna deyil. Onun sözlərinə görə bu halda dünya Üçüncü Dünya Müharibəsinin bir addımlığında olacaq: "Düşünürəm ki, müasir dünyada hər şey mümkündür. Amma hamıya aydındır ki, bu, Üçüncü Dünya Müharibəsinin tam miqyaslı başlamasına səbəb olacaq. Məncə, çətin ki, kimsə bununla maraqlı olsunn", - o əlavə edib.

Putinin dediklərini Demokrat.az-a şərh edən politoloq Tofiq Abbasovun sözlərinə görə Rusiya prezidenti bununla NATO-nun, Qərbin aqressiv qüvvələrinin mövqeyinə işarə edir:

“Putin 2022-ci ilin fevralında əməliyyatlara  başlayanda ən əsas bir məqamı gündəmə gətirdi – NATO-nun Ukraynaya girmək istəməsi məsələsini. Hələ Qorbaçovun dövründə qərara alınmışdı ki, Sovet İttifaqı qoşunlarını Şərqi Avropadan çıxarır, amma NATO tərəfindən zərbə görməmək şərtilə. NATO bununla razılaşdı, amma yavaş-yavaş gəlib Rusiya sərhədlərinə çatdı. Putinin istədiyi odur ki, NATO ölkənin sərhədlərinə yaxın gəlməsin. NATO isə sanki münaqişənin alovlanmasında maraqlıdır. Ona görə də Putin əvvəlcədən xəbərdarlıq edir ki, əgər sərhədləri yaxınlığında hər hansı hərəkətlilik olsa, Rusiya nüvə silahından da istifadə edə bilər və əks hücuma keçə bilər. 

Bütün bunlar ondan xəbər verir ki, dünyada qlobal  nizam artıq çöküb, heç kim heç kimin imzasını tanımır. Ölkələr artıq gücdən istifadə edərək öz problemlərini həll edir. Rusiya BMT Təhlükəsizlik Şurasının 5 üzvündən biridir. Qərb çalışır ki, Rusiyanı bu üzvlükdən məhrum etsin, ancaq bu, çətin məsələdir, Quterreş də bunun mümkünsüzlüyünü qeyd edib”.

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top