REAL TV 6 yaşında...

MEDİA 15 mar 2024, 09:20
Bu gün ölkənin ilk xəbər kanalı REAL televiziyasının yaranma tarixidir. Real Təhlil İnformasiya Mərkəzinin fəaliyyətə başlamasından 6 il ötür.

Demokrat.az-ın məlumatına görə, REAL TV 15 mart 2018-ci ildə əsas yayıma başlayıb.

2019-cu ilin mayın 10-da isə REAL TV ümumrespublika yayımına çıxıb. 24 saatlıq rejimlə fəaliyyət göstərən telekanalda gün ərzində aktual mövzuların müzakirəsi, yerli və xarici xəbərlər izləyicilərə təqdim olunur.

REAL TV-nin Türkiyə, Amerika, Avropa, Rusiya Ukrayna, Çin və Mərkəzi Asiya büroları fəaliyyət göstərir.

Telekanalın rəhbəri Əməkdar jurnalist Mirşahin Ağayevdir.

Demokrat.az" xəbər portalının kollektivi adından həmkarlarımızı təbrik edir, yeni yaradıcılıq uğurları arzulayırıq!

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top