İranın XİN başçısı Putinlə görüşəcək

DÜNYA 21 iyun 2025, 09:42
İranın xarici işlər naziri Abbas Arakçi iyunun 23-də Moskvada Putinlə görüşməyi planlaşdırdığını bildirib.

Demokrat.az xarici KİV-ə istinadən xəbər verir ki, Abbas Arakçi bildirib ki, İsrailin Amerika rəsmiləri ilə planlaşdırılan danışıqlardan bir neçə gün əvvəl ölkəyə hava zərbəsi endirməsindən sonra İranın diplomatik danışıqlarda ABŞ-a etibar edə bilmir.

O, Vaşinqtonun diplomatiya ilə həqiqətən maraqlanmadığını və sadəcə olaraq danışıqlardan İsrailin İrana hava hücumu üçün "örtüş" kimi istifadə etdiyini söyləyib.

“Ola bilsin ki, onların beynində bu plan var idi və sadəcə olaraq bunu gizlətmək üçün danışıqlara ehtiyac var idi”, - deyə Arakçi bildirib.

"Artıq onlara necə güvənə biləcəyimizi bilmirik. Onların etdikləri əslində diplomatiyaya xəyanət idi."

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
21 iyun 2025, 12:52
Top