“Azəriqaz” İB üzrə işə qəbul prosesi — FOTOLAR

SOSİAL 14 mar 2024, 16:51
SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi Respublikanın ən böyük işəgötürənlərindən biri kimi ölkənin 67 rayon və şəhərində fəaliyyət göstərir. Hazırda 10.247 nəfər işçisi olan Birlikdə müxtəlif vəzifə və peşələr üzrə vakansiyalar mövcuddur. Yaranan vakansiyaların komplektləşdirilməsi Birlik tərəfindən müsabiqə yolu ilə həyata keçirilir. 

Müsabiqələr SOCAR-ın korporativ internet səhifəsinin “Karyera” bölməsinin “Vakansiyalar” hissəsində yerləşdirilir. Müsabiqə prosesi ilkin seçim, namizədlərin biliklərinin müvafiq qaydada yoxlanılması və yekun seçim mərhələsi olmaqla 3 mərhələdən ibarət olur.

Namizədlər müsabiqədə iştirak etmək üçün ilk növbədə www.socar.az saytında şəxsi kabinet yaradaraq qeydiyyatdan keçməli və mütəmadi olaraq şirkətin internet səhifəsindən vakansiyaları izləməlidirlər.

SOCAR tərəfindən namizədlərin müsabiqə prosesinə hazırlaşması üçün test tapşırıqları da saytın müvafiq bölməsində yerləşdirilib.

Bununla yanaşı, test tapşırıqlarını əldə etməkdə çətinlik çəkən, yaxud müsabiqəyə hazırlaşmaq üçün tədris vəsaitlərinə ehtiyacı olan vətəndaşlar Birliyin insan resursları xidmətləri vasitəsilə dəstək də ala bilərlər.

Hazırda Birliyin Bakı Regional Qazın Satışı Departamenti üzrə vakant olan “qaz təsərrüfatının nəzarətçisi” peşəsi üzrə müsabiqənin yekun seçim mərhələsi keçirilir. Müsahibələrdə 78 vakant yer üzrə mübarizə aparan 231 namizədin həm texniki (ixtisas), həm də davranış səriştəlikləri yoxlanılır. 

Məlumat üçün bildirək ki, 2024-cü ilin əvvəlindən bu günə qədər keçirilən ümumilikdə 24 müsahibə və peşə sınaq imtahanlarına 85 namizəd dəvət olunub. Onlardan 14-ü (16,5%) mərhələni uğurla başa vuraraq 21-i (24,7%) Kadr Ehtiyyatı Bazasına daxil olmaq haqqını qazanıb. Digər namizədlər isə müxtəlif səbəblərdən müsabiqəni keçə bilməyib.







SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top