Məzuniyyət pulu necə hesablanır? — Ödənişin çox verildiyi aylar (VİDEO)

İQTİSADİYYAT 14 mar 2024, 09:49
Məzuniyyətə çıxarkən insanları düşündürən məsələlərdən biri də alacaqları ödənişin məbləğidir.

Qanunvericiliyə uyğun hesablansa da, çoxları hesab edirlər ki, bəzi aylarda məzuniyyətə çıxarkən əməkhaqqı digər aylarla müqayisədə daha az və ya çox olur.

Bəs, bu fikir nə dərəcədə doğrudur?

Hüquqşünas Sahib Məmmədov bildirib ki, stabil əməkhaqqı alan şəxslər üçün bu, fərq etmir:

“Yəni həmin şəxslər üçün son ilin orta aylıq əməkhaqqı müəyyən edilir, 12-yə bölünür, sonra otuz tam onda dördə bölünür. Alınan rəqəm günlərin sayına vurularaq işçiyə məzuniyyət pulu kimi verilir”.

Qanunvericiliyə görə, bayram günləri məzuniyyət müddətinə daxil edilmir və bu günlərə görə ödəniş olunmur. Həmçinin bayram günləri olan aylarda iş günlərinin sayı digərləri ilə müqayisədə az olduğundan işçinin həmin aylarda məzuniyyətdə olması əməkhaqqının məbləğinə təsir edir.
Bu baxımdan cəmi 15 iş günü olan mart ayı məzuniyyət üçün əlverişsiz müddət hesab edilir. 2024-cü ildə Qurban bayramı iyun ayına təsadüf etdiyindən həmin ayda da məzuniyyətə çıxmaq maddi cəhətdən sərfəli deyil. 2024-cü ildə ən çox iş günləri iyul, avqust və oktyabrda olduğundan məzuniyyətə bu aylarda çıxmaq daha əlverişlidir.

Digər məqam isə ayın bir hissəsində götürülən məzuniyyət müddətinə daha çox şənbə və bazar günlərinin salınmasıdır. Belə ki, bu zaman ay ərzində işləyəcəyiniz günlərin sayı artdığından alacağınız məbləğ də yüksək olacaq.

Ətraflı Baku TV-nin süjetində:

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top