"Terror aktı olacağı ilə bağlı “Telegram”da açılan səhifə feykdir"

GÜNDƏM 12 mart 2024, 23:06
"Azərbaycanda guya ki, terror aktı olacağı ilə bağlı “Telegram”da açılan səhifə tamamilə feykdir. Bu səhifədəki fotolar, məktəb adları, silah şəkilləri eynilə iki ay əvvəl "Telegram"ın Rusiya seqmentində də paylaşılıb. Bir sözlə, təşvişə və həyəcana səbəb yoxdur. Məsələnin acınacaqlı tərəfi odur ki, bu sosial şəbəkə belə şantaj, təhdid yaradan kanalları silmək marağında deyil. İndiyədək aparılan müşahidələr də “Telegram” rəhbərliyinin hansısa kanalı bağlamaq marağında olmadığını və duruma loyal yanaşdığını təsdiqləyir.

“Telegram” dünyada qeyri-etik, təhdid və şantaj yaradan fotoların, videoların, mətnlərin ən çox yayıldığı virtual məkandır. Yarım milyarddan çox istifadəçisi olan bu sosial şəbəkədə istifadəçilər adlarını və telefon nömrələrini göstərmədən anonim paylaşım edə bilirlər və mövcud səbəbdən çox vaxt belə davrananları tapıb məsuliyyətə cəlb etmək müşkülə çevrilir.

BBC də mövzunu araşdırmaq qərarına gəlib. Media qurumu bunun üçün “Telegram”da 100 qeyri-etik, şantaj xarakterli kanal yaradıb və orada paylaşımlar edib. Acınacaqlı haldır ki, bir aydan sonra onlardan yalnız dördü silinib".

Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü,
Şuranın Sosial media istifadəçiləri ilə əlaqələr Komissiyasının sədri Hacıbəy Heydərli

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top