“Süni müdaxilələr qəbuledilməzdir” — Taksilərin sayı azaldılır?

GÜNDƏM 11 mar 2024, 16:28
Milli Məclisdə keçirilən ictimai dinləmədə taksilərin fəaliyyəti müzakirə olunub. Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov bildirib ki, bu məsələ ilə bağlı ötən il qanunvericiliyə dəyişiklik edilib: "Taksilərə münasibətdə bütün meyarlar Nazirlər Kabinetinə təqdim edilən taksilərə dair tələblər sənədində müəyyənləşib. Taksi avtomobillərinə və sürücülərə qarşı tələblər orada yer alıb. Yaydan bu yana taksilər 67 mindən 60 minə qədər azalıb. Bakıda olan adam sayına görə isə 20 minə qədər taksi bəs edər. Bu, eyni anda 40 minə qədər insanın işsiz qalması demək deyil. İctimai nəqliyyatda sürücü çatışmazlığı var, yük daşıyıcıları arasında da sürücülərə ehtiyac var”, - deyə o qeyd edib. 

Məsələyə münasibət bildirən iqtisadçı ekspert Xalid Kərimli Demokrat.az-a açıqlamasında taksi fəaliyyətinin əhali arasında məşğulluğu təmin etməsinin əslində müsbət hal olmadığını deyib:


“Ölkədə layiqli iş yerlərinin tapılmaması buna gətirib çıxarır. Gənclər taksi fəaliyyətinə ümid yeri kimi baxırlar. Amma hökumətin bu formada süni şəkildə məsələyə müdaxiləsi də qəbuledilməzdir. Taksi fəaliyyətində rəqabət varsa, buna niyə müdaxilə edilsin?! Taksidə daha çox insanın işləməsi ölkə iqtisadiyyatına fayda vermir, amma, eyni zamanda, iqtisadiyyata süni müdaxiləni, taksilərin, taksi sürücülərinin sayının azaldılmasını da yanlış hesab edirəm. Hökumət taksi şirkətləri qarşısında keyfiyyət standartları, təhlükəsizlik standartları qoymalıdır. Taksi fəaliyyəti ilə məşğul olanlar üçün qaydalar müəyyənləşdirilməlidir və buna güclü nəzarət mexanizmi olmalıdır. Yoxsa ki süni şəkildə nəyisə artırıb-azaltmaq iqtisadi cəhətdən effektiv deyil”.

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top