Ərdoğan Zelenski ilə görüşdü

DÜNYA 08 mart 2024, 22:16

Martın 8-də Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyəyə rəsmi səfəri çərçivəsində İstanbula gəlib.

O, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.

Türkiyə Prezidenti Administrasiyasından görüşlə bağlı verilən açıqlamaya əsasən, tərəflər arasında Ukraynada davam edən müharibənin gedişi, Taxıl Dəhlizi sazişinin davam etdirilməsi ilə bağlı son vəziyyət, bölgədə daimi sülh axtarışları ətraflı müzakirə olunub.

Həmçinin prezidentlər Türkiyə və Ukrayna münasibətləri barədə də fikir mübadiləsi aparıblar.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
15 iyul 2025, 22:58
Top