Qızıl-zinət əşyaları oğurlayanlar saxlanıldı

HADİSƏ 08 mart 2024, 16:36
Cəlilabad rayonunda yaşayış evlərindən qızıl-zinət əşyaları oğurlayan şəxslər saxlanılıblar.
 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan Demokrat.az-a verilən məlumata görə, Cəlilabad şəhəri ərazisindəki evlərdən birindən qızıl-zinət əşyalarının oğurlanması ilə bağlı polisə məlumat daxil olub.

Əməli törətməkdə şübhəli bilinən rayon sakinləri Teymur Səxavətli və Şəhadət Seydanov Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilərək saxlanılıb. Həyata keçirilən əlavə tədbirlərlə həmin şəxslərin Cəlilabad şəhəri ərazisindəki müxtəlif vaxtlarda daha üç evdən pul və qızıl-zinət əşyaları oğurladıqları müəyyən edilib.

Faktlarla bağlı araşdırmalar davan etdirilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
07 sentyabr 2024, 22:54
Top