Ruhiyyə Əliyeva: “Övladlarımızın gələcəyi bizi narahat edir”

GÜNDƏM 04 mar 2024, 20:15
“Bu günlərdə ard-arda baş verən qətllər sadəcə insanda dəhşət yaradır. Axı insanı bu cür xüsusilə ağır və dəhşətli cinayətlər törətməyə nə vadar edir? Təhsil, tərbiyyə, narkotik vasitə, maddi sıxıntı və daha nələr....Bu səbəbdən övladlarımızın gələcəyi bizi narahat edir”. 

Demokrat.az xəbər verir ki, bu fikirləri “Liatris Holding”in rəhbəri, tanınmış iş xanımı Ruhiyyə Əliyeva bildirib.

Ruhiyyə Əliyeva deyib ki, bütün əxlaqi dəyərlər, adət-ənənəmiz, dinimiz və qanunlarımız insan həyatına qəsd etməyi qadağan edir:

“Demək ki, biz insan olaraq hardasa səhv edirik və nəticədə bu cür hadisələrlə qarşılaşırıq. Bəzən laqeyidlik, insanların problemlərinə biganəlik və səhlənkarlıq bizi sonradan qarşısını ala bilməyəcəyimiz hadisələrlə üz-üzə qoyur. Cəmiyyətdə barışdırıcı mövqe sərgiləyən insanların azalması, ağsaqqal  və ağbircəklərin sözlərinə əhəmiyyət verilməməsi, səbrsiz insanların günü-gündən çoxalması bizə yaxşı heç nə vəd etmir. Bir anlıq özümüzü sirkələyib ayılaq. Axı biz Allahın yaratdığı yeganə şüurlu varlığıq. Səhv edən insanları təhqir etmək, alçaltmaq və gözdən salmaq bizə həmin insanları qazandırmayacaq. Əksinə, bu yolla həmin insanları özümüz cinayətə sürükləyəcəyik. İnsan olmaq elə insanlığı qorumaqdır”.

Xatırladaq ki, nartın 1-də Salyanda eyni gündə 2 dəhşətli cinayət törədilib. Faktla bağlı Salyan Rayon Prokurorluğunda cinayət işi açılıb. 


Aygün Əlizadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top