Sergey Lavrov: Qərb BMT-nin fundamental prinsiplərini pozur

XARİCİ SİYASƏT 02 mar 2024, 15:45
Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ başda olmaqla, Qərbin BMT-nin fundamental prinsiplərini pozduğunu bəyan edib.

“Report”un məlumatına görə, bunu rusiyalı nazir III Antalya Diplomatiya Forumu çərçivəsində təşkil olunan brifinqdə deyib.

“Biz hara gəlib çıxdığımızı təhlil etməliyik. BMT pis təşkilat deyil, əsasnaməsi var. Sadəcə olaraq bir sıra iqtisadi inkişaf etmiş dövlətlər hesab edirlər ki, öz maraqlarına uyğun olaraq prinsipləri poza, manipulyasiya edə bilərlər. Real işdə ölkələr arasında bərabər hüququ bərpa etmək lazımdır”, - S.Lavrov deyib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top